Bu gün Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. "Kobra" ləqəbli Pərviz Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayacaq. Onun rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olacaq. Döyüş Bakı vaxtı ilə 23:00-da start götürəcək və Rusiyanın "Боец" kanalı ilə canlı yayımlanacaq.