Premyer Liqada 18-ci start
Xəbərlər / 5 Avqust 2023 | 13:221551
Premyer Liqada 18-ci start

Misli Premyer Liqasında 2023-2024-cü illər mövsümün’ start verilib. “Qəbələ” 32-ci ölkə çempionatında mübarizəyə I turun son günündə başlayacaq. “Qırmızı-qaralar” avqustun 6-da “Sabah”la görüşəcək.

“Qəbələ” bu oyunla özünün Premyer Liqada 18-ci mövsümünə start verəcək. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyədək 17 çempionatda qüvvəsini sınayıb. “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var. 

Komandamız ötən mövsümü ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə 4-cü pillədə başa vurub. “Qəbələ” 2019/20 və 2022/23 mövsümlərində də “dördlük”də qərarlaşıb.

Əvvəlki 17 mövsümdə komandamız 504 matça çıxıb. Bu görüşlərdə 196 qələbə qazanan “Qəbələ” 138 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 170 dəfə məğlubiyyətlə üzləşib. 613 qol vuran futbolçularımız 569 top buraxıb. 

Komandamız evdə və səfərdə eyni sayda – 252 oyun keçirib. Öz meydanında 110 qələbəsi olan “qırmızı-qaralar” 74 dəfə heç-heçə edib. 68 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 325 top keçirib və 239-nu buraxıb. 

Səfərdə 86 dəfə üç xal əldə edən futbolçularımız rəqib meydanlarında 64 sülhə imza atıb. 102 dəfə səfərdən xalsız dönən “Qəbələ” 288 qol vurub, 330-nu buraxıb.

2006/07 

24

4

4

16

17-47

20

XI yer 

2007/08 

26

11

3

12

33-36 

36

VI yer

2008/09

26

9

6

11

28-21

33

X yer 

2009/10

32

13

10

36-36

49

VI yer 

2010/11

32

13

12 

31-18

51

VII yer 

2011/12

32

15

10 

43-32 

52

V yer

2012/13

32

10

8

14

32-40

38

VI yer

2013/14 

36

18

7

11

48-36

61

III yer 

2014/15

32

15

46-35 

54

III yer 

2015/16

36

16

11

9

44-28

59

III yer

2016/17

28

14

10

4

46-21

52

II yer

2017/18

28

14

7

7

43-26

49

II yer

2018/19

28

9

9

10

31-33

36

IV yer

2019/20

20

5

4

11

25-35

19

VIII yer

2020/21

28

5

11

12

23-44

26

VII yer

2021/22

28

12

9

7

38-34

45

IV yer

2022/23

36

13

11

12

47-47

50

IV yer

Cəmi

504

196

138

170

613-569

726

 

 

17 mövsümdə “Qəbələ”nin formasını 254 futbolçu geyinib. Onlardan səkkizi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 217, Asif Məmmədov – 182, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107, Rövlan Muradov - 100.

“Qəbələ”nin qollarına 124 futbolçu imza atıb. 16 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandamızın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İsnik Alimi 17, Ülvi İsgəndərov, Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Rafael Utziq, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.

“Qırmızı-qaralar”a Premyer Liqadakı 17 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, Elmar Baxşıyev 109, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.