“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib. Bu, komandamızın cari mövsümdə ən böyükhesablı qələbəsidir. “Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.
Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.
Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.
“Qırmızı-qaralar” cari mövsümdə Premyer Liqada 3-cü belə qələbəsini qazanıb. XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən komandamız hər iki rəqibi üç cavabsız qolla məğlub edib. “Sumqayıt” üzərində qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 fərqli qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.
“Sumqayıt”la oyun “Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır. İndiyədək komandamız yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.
“Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:
21.09.2005. Birinci divizion. Göy-Göl (Xanlar) - Şərur (Bakı) - 8:0
10.05.2006. Birinci divizion. Gilan (Xanlar) - Energetik (Mingəçevir) - 6:0
16.10.2006. Azərbaycan kuboku. Gilan (Qəbələ) - Şahdağ (Quba) - 6:0
11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) - Qəbələ - 0:6
04.10.2015. Premyer Liqa. Qəbələ - Xəzər Lənkəran - 6:0
03.12.2015. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 7:0
10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8
25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6
29.11.2017. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 8:0
07.03.2020. Premyer Liqa. Qəbələ - Sumqayıt - 5:0