Topaz Premyer Liqasının XIII turunda “Kəpəz”i qəbul edən “Qəbələ” qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Ardıcıl 3-cü qələbəsini qazanan Ramiz Məmmədovun yetirmələri mövsümdə ən uğurlu seriyalarına imza atdı. Komandanın sonuncu dəfə belə uğurlu seriyasına ötən mövsüm təsadüf olunmuşdu. 2011/12 mövsümündə təsnifat mərhələsinin 19-21-ci turlarında “Qəbələ” ardıcıl 3 qələbə qazanmışdı. Bu dəfəki seriyanın daha bir özəlliyi hər 3 matçda komandanın 3 xalı 2 qolla qazanmasıdır.
- Gəncəlilərlə qarşılaşmadakı qələbə Premyer Liqada 70-ci – yubiley uğuru olub. “Qəbələ” 2006/07 mövsümündə 4, 2007/08-də 11, 2008/09-da 9, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 13, 2011/12-də 15, cari mövsümdə 5 qələbə qazanmaqla 70-ə çatıb. Komanda 70 qələbəni 185 matçda əldə edib.
- “Kəpəz”lə matçdakı qələbə həm də Ramiz Məmmədovun rəhbərliyi altında 30-cu ev qələbəsi oldu. Bu 63-cü qarşılaşmada gerçəkləşib.
- Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqada 25-ci ev qələbəsi isə 54-cü oyunda əldə olundu.
- Premyer Liqada “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçuların ilk “onluğ”unda dəyişiklik olub. Belə ki, Azər Həşimov siyahını tərk edib: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Yaşar Abuzərov, Milan Antiç, Bruno da Silva, Nodar Məmmədov – hamısı 54.
- “Kəpəz”lə görüşdə hesabı açan Viktor Mendi Premyer Liqada 10-cu qolunu vurdu. Bununla da o, komandanın çempionatdakı oyunlarında ən azı 10 qol vuran 6-cı futbolçu oldu: Deon Barton – 15, Kənan Kərimov, Luiz Paulo Hilario, Vitali Balamestnı – hamısı 11, Viktor Mendi, Yannik Kamanan – hər ikisi 10.
- Bruno da Silva “Qəbələ”də 60-cı oyununu keçirdi. Bu matçların 54-ü çempionat, 6-sı kuboka təsadüf edib.
- Klub tarixində ən çox oyun keçirən 10 futbolçunun siyahısından 2 futbolçu kənar düşüb. Bunlar Milan Antiç və Turnike Aptsiauridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov – 67, Bruno da Silva – 60, Yaşar Abuzərov – 59.
- Ürfan Abbasov “Qəbələ”də 25-ci oyununu keçirib. Bu matçların 23-ü çempionat, 2-si kubokda baş tutub.
- “Qəbələ”də 11-ci qolunu vuran Viktor Mendi klub tarixində ən məhsuldar futbolçular siyahısında irəliləyərək Rəşad Yusubova çatdı: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, Luiz Paulo Hilario, İbrahim Hüseynov, Vitali Balamestnı – hamısı 12, Viktor Mendi, Rəşad Yusubov – hər ikisi 11, Samir Zərgərov, Yannik Kamanan – hər ikisi 10.
- “Kəpəz”lə oyunda hakim qonaqların qapısına penalti təyin edib. Bu, Premyer Liqada “Qəbələ”nin lehinə verilən 25-ci 11 metrlik zərbə qərarı olub. Rəşad Abdullayev bu imkandan dəqiq istifadə edib. İlk dəfə penalti zərbəsini yerinə yetirən kapitan 14-cü futbolçu olub ki, 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Ümumilikdə isə 25 penaltidən 18-i qolla nəticələnib: Kənan Kərimov – 6 penalti (5-i dəqiq), Deon Barton – 4 (4), Samir Zərgərov – 3 (2), Tomaş Stolpa, Vüsal Qarayev, Anatoli Ostap, Asen Nikolov, Viktor Komlyonok, Serje Cehua, Rəşad Abdullayev – hamısı 1 (1), Vitali Balamestnı, İbrahim Hüseynov, Bruno da Silva - hər ikisi 1 (0), Yannik Kamanan – 2 (0).