Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi
Xəbərlər / 23 İyul 2021 | 15:19164
Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib Mərasim 30 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 14:00-da başlanacaq. Pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir. Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.

“Qəbələ-2”nin də mübarizə aparacağı I Divizionda 2021/2022-ci illər mövsümü 13 sentyabrda start götürəcək. Çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.