Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi
Xəbərlər / 8 İyul 2022 | 18:20190
Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi. Mərasim 15 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 5 avqustda start götürəcək. Çempionatda 10 komanda 4 dövrədə mübarizə aparacaq.