Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi
Xəbərlər / 11 İyul 2023 | 14:451552
Premyer Liqada püşkatmanın vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Tədbir saat 15:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.