Premyer Liqada “Zəfər turu”
Xəbərlər / 29 Oktyabr 2021 | 17:20153
Premyer Liqada “Zəfər turu”

Azərbaycan Premyer Liqasında “Zəfər turu” keçiriləcək. Bu barədə qərarı Peşəkar Futbol Liqası verib. II Qarabağ Müharibəsindəki qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul olunub.

 

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.

 

Xatırladaq ki, X turda “Qəbələ” səfərdə “Səbail”lə görüşəcək.