“Qəbələ” Azərbaycan çempionatları tarixinin 7-ci komandasıdır. “Qırmızı-qaralar” 2006/07 mövsümündə debüt etdiyi Premyer Liqaya 14 dəfə qatılıb. Bu müddətdə 412 oyun keçirən komandamız 166 qələbə qazanıb. Hesabında 107 heç-heçə də olan “Qəbələ” 139 məğlubiyyət alıb. Rəqib qapılarına 505 top vuran futbolçularımız 444 top buraxıb. Ümumilikdə 605 xal toplayan “qırmızı-qaralar” bu göstəricidə yalnız 6 komandadan geri qalır. Komandamız mümkün olan xalların 48,9 faizini toplaya bilib.
Bunlardan 336-sı ev qarşılaşmalarına təsadüf edib. “Qəbələ” öz meydanında ən çox toplayan klublar arasında 8-cidir. Səfərdə 269 xal yığan “qırmızı-qaralar” rəqib meydanlarındakı göstəriciyə əsasən 7-ci yerdədir.
Xatırladaq ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 60 komanda iştirak edib.
Cəmi | 412 | 166 | 107 | 139 | 505-444 | 605 | 48,9% | 7-ci yer |
Evdə | 206 | 94 | 54 | 58 | 269-187 | 336 | 54,4% | 8-ci yer |
Səfərdə | 206 | 72 | 53 | 81 | 236-257 | 269 | 43,5% | 7-ci yer |