Premyer Liqanın iki turu təxirə salındı
Xəbərlər / 13 Mart 2020 | 20:20279
Premyer Liqanın iki turu təxirə salındı

Azərbaycan Premyer Liqasının və I divizionunun oyunları təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb. Əmrə əsasən, I divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınıb. 

Buna son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri səbəb olub. Təxirə salınmış turların keçiriləcəyi tarix qarşıdakı günlərdə müəyyənləşəcək.

Xatırladaq ki, “Qəbələ” XXI turda səfərdə “Qarabağ”la, XXII turda evdə “Sabah”la qarşılaşmalı idi.