Premyer Liqanın təqvimində dəyişiklik edildi
Xəbərlər / 10 Fevral 2021 | 14:32176
Premyer Liqanın təqvimində dəyişiklik edildi

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Bu, AFFA-nın Peşəkar Futbol Liqasına rəsmi müraciəti əsasında gerçəkləşib. Müraciətdə milli komandanın mart ayındakı 3 ardıcıl oyununa daha yaxşı hazırlıq üçün Premyer Liqanın 18-19 mart tarixinə nəzərdə tutulan XX turunun tarixinin dəyişdirilməsini istənilib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini nəzərə alan PFL klubların baş məşqçiləri ilə fərdi danışıqlardan sonra Premyer Liqanın və I Divizionun mövcud təqviminə aşağıdakı dəyişiklikləri edir.

 

Premyer Liqanın təqviminə müvafiq dəyişikliklər:

XVI tur

19 fevral  (cümə)

61. “Səbail” – “Sabah”

62. “Sumqayıt” – “Qarabağ”

20 fevral (şənbə)

63. “Keşlə” – “Zirə”

64. “Neftçi” – “Qəbələ”

 

XVII tur

25 fevral (cümə axşamı)

65. “Zirə” – “Neftçi”

66. “Qəbələ” – “Sumqayıt”

67. “Sabah” – “Keşlə”

68. “Qarabağ” – “Səbail”

 

XVIII tur

2 mart (çərşənbə axşamı)

69. “Qarabağ” – “Qəbələ”

70. “Səbail” – “Keşlə”

3 mart (çərşənbə)

71. “Sumqayıt” – “Zirə”

72. “Neftçi” – “Sabah”

 

XIX tur

8 mart (bazar ertəsi)

73. “Sabah” – “Sumqayıt”

74. “Keşlə” – “Neftçi”

9 mart (çərşənbə axşamı)

75.  “Qəbələ” – “Səbail”

76. “Zirə” – “Qarabağ”

 

XX tur

13 mart (şənbə)

77. “Qarabağ”  – “Sabah” 

78. “Sumqayıt” – “Keşlə”

14 mart (bazar)

79. “Neftçi”- “Səbail”

80. “Qəbələ”– “Zirə”