Premyer Liqaya vəsiqə qazandıracaq səfər oyunu
Xəbərlər / 3 Aprel 2025 | 12:551306
Premyer Liqaya vəsiqə qazandıracaq səfər oyunu

Bu gün I Liqada XX tura start veriləcək.

 

“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Baku Sporting”lə qarşılaşacaq.

 

Görüş Binə qəsəbə stadionunda baş tutacaq. Çempionatın lideri olan “Qəbələ” səfərdə xal qazansa, Misli Premyer Liqasına vəsiqə əldə edəcək.

 

Cari mövsümdə çempionatda uduzmayan “qırmızı-qaralar” hazırda 49 xala malikdir. Komandamız 4-cü pillədə qərarlaşan “Baku Sporting”dən 23 xal öndədir. “Qəbələ” səfərdən xalsız dönməsə, bu üstünlük sona 7 tur qalmış ilk “üçlük”də yerin təmin olunması üçün yetərli olacaq.

 

Qeyd edək ki, “Baku Sporting” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

 

I Liqa, XX tur

4 aprel (cümə)

16:00. “Baku Sporting” – “Qəbələ”

Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Binə qəsəbə stadionu