“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini yeniləyib.
20 yaşlı vingerlə anlaşma 2028-ci ilin iyun ayınadək uzadılıb. Əsas komandada cari mövsümdə debüt edən Ovusu meydana çıxdığı 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.