UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” – “Qəbələ” matçının təyinatları açıqlanıb. Lüksemburqda keçiriləcək qarşılaşmanın hakimləri, hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. İyulun 19-da baş tutacaq görüşü şimali irlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Keyt Kennedi olacaq.
Xatırladaq ki, Differdanjda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ”
Baş hakim: Keyt Kennedi
Baş hakimin köməkçiləri: Stefen Donaldson, Kristian Fransis Hanna
Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Differdanj. Şəhər munisipal stadionu
İlk oyun – 2:0