«Qafqaz Hotels&Resorts» «Qəbələ»nin sponsorudur
Xəbərlər / 17 Avqust 2021 | 13:13230
«Qafqaz Hotels&Resorts» «Qəbələ»nin sponsorudur

“Qəbələ” İdman Klubu daha bir sponsorluq müqaviləsi imzalayıb. Klubumuz Azərbaycanın otel sektorunda liderlərdən sayılan “Qafqaz Hotels&Resorts”la əməkdaşlığa başlayıb. Şirkət əsas komandanın forma arxası sponsoru olacaq. “Qəbələ” və “Qafqaz Hotels&Resorts” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. 

Xatırladaq ki, daha öncə “Qəbələ” İdman Klubu və “Gilan&Knauf” arasında titul sponsorluğu ilə bağlı 1 il müddətinə müqavilə imzalanıb.