«Qarabağ»la matça yaxşı köklənmişik»
Xəbərlər / 23 Avqust 2013 | 07:29295
«Qarabağ»la matça yaxşı köklənmişik»

"Sumqayıt"la matçda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bəxt amili də həmin qarşılaşmada bizdən üz döndərdi. Amma artıq həmin oyunu unutmuşuq. Diqqətimizi növbəti oyuna - "Qarabağ"la görüşə yönəlmişik. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Komanda olaraq sözügedən qarşılaşmaya yaxşı kökləndiyimizi deyə bilərəm". Bu sözləri "qırmızı-qaralar"ın gənc müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın IV turu - "Qəbələ"-"Qarabağ" matçı öncəsi səsləndirib. Rəqib haqda fikirlərini bölüşən Abbasov Ağdam təmsilçisinin güclü olduğunu, amma komandasının rəqibdən çəkinmədiyini bildirib. O, meydançaya qələbə üçün çıxacaqlarını vurğulayıb:
"Qarabağ" cari mövsümdə həm ölkə çempionatı, həm də Avroliqada nümayiş etdirdiyi oyunla nəyə qadir olduğunu göstərir. Dünən baş tutan "Qarabağ"-"Ayntraxt" Frankfurt matçını birlikdə izlədik. "Qarabağ" layiqli mübarizə apardı. Fərqlənmək imkanları da oldu. Heyf ki, bu şanslardan yararlana bilmədilər. 2 gün sonra isə Ağdam təmsilçisinin Qəbələ səfəri var. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik. İnanıram ki, doğma meydança və azarkeş amilindən yararlanaraq istəyimizə nail olacağıq".