Topaz Premyer Liqasının XIII turunun təyinatları açıqlanıb. Noyabrın 27-də start götürüb, üç gün ərzində keçiriləcək turun oyunlarının hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Səfərdə “Qarabağ” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Turun son günü – noyabrın 29-da baş tutacaq görüşün baş hakimi Rəhim Həsənov olacaq. Baş hakimə Namiq Hüseynovla Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Coşqun Həsənov yerinə yetirəcək. Əliyar Ağayev və Orxan Məmmədov paytaxtda keçiriləcək matça əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Ədalət təmsilçilərinin işinə Məlik Həsənov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Xatırladaq ki, noyabrın 29-da baş tutacaq “Qarabağ” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq. Görüş “Azərsun Arena”da keçiriləcək.
XIII tur, 29 noyabr (çərşənbə axşamı)
19:00. “Qarabağ” – “Qəbələ”
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli
Dördüncü hakim: Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”