Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb. Buna səbəb “Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olmasıdır. Sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Turun keçiriləcəyi tarixlə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.