Azərbaycan kubokunun final matçının təyinatları açıqlanıb. Mövsümün Naxçıvanda baş tutacaq sonuncu qarşılaşmasının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. “Qəbələ”nin mayın 5-də “Qarabağ”la keçiriləcək görüşünü Fariz Yusifov idarə edəcək. Onun köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını FİFA referisi Əliyar Ağayev yerinə yetirəcək. Matça AFFA nümayəndəsi kimi Əli Hüseynov, hakim-inspektoru kimi Məlik Həsənov təyinat alıb.
Xatırladaq ki, Naxçıvandakı Muxtar Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
Final
5 may (cümə)
16:00. “Qarabağ” - “Qəbələ”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Dördüncü hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan. Muxtar Respublika stadionu