«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Fevral 2019 | 15:09645
«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XVII turunun bütün təyinatları açıqlanıb. Fevralın 16-17-də keçiriləcək turun qarşılaşmalarınını idarə edəcək hakimlər, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. Səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin görüşünə də təyinatlar müəyyənləşib. Fevralın 17-də baş tutacaq oyunu Rəhim Həsənov idarə edəcək. Onun başçılıq etdiyi hakimlər briqadasında Mübariz Haşımov, Eyyub İbrahimov və Etibar Həsənov yer alacaq. Hakim-inspektor vəzifəsini Asim Xudiyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Ələddin Ələkbərov olacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.

Topaz Premyer Liqası

XVII tur

17 fevral (bazar)

 

17:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika stadionu