Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb. Çempionatda ilk səfər oyununu keçirəcək “Qəbələ”nin “Qarabağ”la matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Avqustun 25-də keçiriləcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Baş hakimin köməkçiləri isə Rahil Ramazanovla Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyası Əliyar Ağayevə tapşırılıb. Matçın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Elbrus Abbasov olacaq.
Xatırladaq ki, Bakıdakı “Azərsun Arena” stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
II tur
25 avqust (bazar)
21:00. “Qarabağ” – “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Pərvin Talıbov
Dördüncü hakim: Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azərsun Arena”