Azərbaycan Premyer Liqasında XXI turun təyinatları açıqlanıb. III dövrənin son oyunlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la səfər matçının təyinatları da bəlli olub. Martın 14-də keçiriləcək qarşılaşmanı Rauf Cabarov idarə edəcək. Baş hakimin köməkçiləri isə Namiq Hüseynovla Müslüm Əliyev olacaq. Dördüncü hakim funksiyası Kamranbəy Rəhimova tapşırılıb. Matçın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olacaq.
Xatırladaq ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
14 mart (şənbə)
18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Tofiq Bəhramov adına Respublika Stadionu