Azərbaycan Premyer Liqasında VI turun ilk oyun gününün təyinatları açıqlanıb. İki qarşılaşmanın hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la səfər matçının təyinatları da bəlli olub. Oktyabrın 17-də keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Baş hakimin köməkçiləri isə Pərvin Talıbovla Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyası Elçin Məsiyevə tapşırılıb. Matçın hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr (şənbə)
16:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
Affa nümayəndəsi: Ramiz Mustafayev
"Azersun Arena"