Azərbaycan Premyer Liqasında XII turunun “Qarabağ” – “Qəbələ” oyununun təyinatları açıqlanıb. Matçın hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la səfər qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Dekabrın 6-da keçiriləcək görüşdə baş hakimin köməkçiləri Namiq Hüseynovla Qəzənfər Məmmədov olacaq. Dördüncü hakim funksiyası Namiq Bəkirova tapşırılıb. Matçın hakim-inspektoru Zöhrab Qədiyev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.
Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XII tur
6 dekabr (bazar)
16:00. “Qarabağ”– “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”