Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb. Fevralın 1-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin səfər matçına təyinatlar da bəlli olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın hakim-inspektoru Gülağa Cabarov, AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Xatırladaq ki, fevralın 1-də keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 18:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
1 fevral (bazar ertəsi)
18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu