«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 Mart 2021 | 16:57138
«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVIII turunun ilk gününün təyinatları açıqlanıb. Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununun hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la səfər qarşılaşmasını Kamal Umudlu idarə edəcək. Dekabrın 6-da keçiriləcək görüşdə baş hakimin köməkçiləri Kamran Bayramov və Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyası Rövşən Rəcəbova tapşırılıb. Matçın hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.

Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 18:15-də başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XVIII tur

2 mart (çərşənbə axşamı)

18:15. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Azersun Arena”