Premyer Liqada XVIII turun oyunlarının təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. “Qarabağ” – “Qəbələ” qarşılaşmasını Elçin Məsiyev idarə edəcək. Martın 6-dakı görüşdə baş hakimin köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyası Nicat İsmayıllıya tapşırılıb.
Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 19:15-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
6 mart (bazar)
19:15. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”