«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 28 Aprel 2022 | 11:38153
«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda yarımfinalın cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Sabah baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la səfərdəki  matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. 

Xatırladaq ki, aprelin 29-da “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

 

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

İlk oyun – 3:1