«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 7 Dekabr 2022 | 15:371768
«Qarabağ» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Dekabrın 8-9-da baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və video hakimləri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la səfərdəki  matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.

Xatırladaq ki, dekabrın 8-də “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyun

8 dekabr (cümə axşamı)

20:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”