Misli Premyer Liqasında XVII turun oyunlarının təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qarabağ” – “Qəbələ” qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək. Dekabrın 13-də keçiriləcək görüşdə baş hakimin köməkçiləri Akif Əmirəli və Rəhman İmami olacaq. Dördüncü hakim funksiyası İnqilab Məmmədova tapşırılıb.
Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
XVII tur
13 dekabr (çərşənbə axşamı)
19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”