Misli Premyer Liqasında XXXIII turun oyunlarının təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qarabağ” – “Qəbələ” qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Mayın 8-də keçiriləcək görüşdə baş hakimin köməkçiləri Cəmil Quliyev və Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyası Emin Əliyevə tapşırılıb.
Xatırladaq ki, Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası
XXXIII tur
8 may (bazar ertəsi)
20:00. “Qarabağ”– “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”