“Qarabağ” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Sentyabr 2025 | 10:3315092
“Qarabağ” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VI turun oyunları üçün təyinatlar açıqlanıb. 

 

Sentyabrın 26-da “Azersun Arena”da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşmasının baş hakimi Rauf Cabarov olacaq. Ona Tərlan Talıbzadə və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirəcək. 

 

Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR olacaq. Anar Salmanov hakim-inspektor, Eldəniz Musayev AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.