“Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Misli Premyer Liqasının 33-cü turunun görüşü 8 may tarixində keçiriləcək. “Azersun Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Buna 30 aprel tarixində nəzərdə tutulmuş “Neftçi” - “Qarabağ” oyununun 2 may tarixinə keçirilməsi səbəb olub.