Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Qarabağ”la keçirəcəyi matçın da vaxtı dəqiqləşib. III dövrənin son turuna səfərdə çıxacaq “qırmızı-qaralar”ın qarşılaşması turun ilk oyun gününə təsadüf edəcək. Martın 14-də baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyunu “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
14 mart (şənbə)
18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu