Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın səfər matçı turun ilk oyun gününə təsadüf edəcək. Oktyabrın 17-də baş tutacaq görüş “Azersun Arena” stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyunu “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr (şənbə)
16:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”