Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. Fevralın 1-2-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la səfərdə keçirəcəyi ilk oyunun da vaxtı bəlli olub. Fevralın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/4 final
İlk oyun
1 fevral (bazar ertəsi)
18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu