«Qarabağ» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 26 Sentyabr 2021 | 18:49316
«Qarabağ» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasının VI turunun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Qarabağ”la səfər qarşılaşmasının vaxtı dəqiqləşib. Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyun “Azersun Arena”da baş tutacaq. 

Xatırladaq ki, matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

VI tur

3 oktyabr (bazar)

19:00. “Qarabağ” – “Qəbələ”

“Azersun Arena”