Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. Dekabrın 8-9-da baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la səfərdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. İlk oyun gününə təsadüf edəcək görüş saat 20:30-da başlayacaq. Matç “Azersun Arena”da təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, “Qəbələ” 1/8 finalda “Araz Naxçıvan”ı 5:0 hesabı ilə məğlub edib.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
8 dekabr (cümə axşamı)
20:30. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”