Misli Premyer Liqasının XXXIII turunun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Qarabağ”la səfər qarşılaşmasının vaxtı dəqiqləşib. Mayın 6-da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyun “Azersun Arena”da baş tutacaq.
Xatırladaq ki, matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXXIII tur
6 may (şənbə)
19:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”