Misli Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Qarabağ”la səfər qarşılaşmasının vaxtı dəqiqləşib. Dekabrın 4-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Xatırladaq ki, matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XV tur
4 dekabr (bazar ertəsi)
19:30. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu