“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 18 Sentyabr 2024 | 12:55324
“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

I Liqada II turun təyinatları açıqlanıb. Sentyabrın 18-19-da baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Qaradağ Lökbatan”la matçının təyinatları da müəyyənləşib. Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Səbuhi Bayramov olacaq. Ona Asiman Əzizli və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sənan Bayramzadə yerinə yetirəcək.

 

Qeyd edək ki, “qırmızı-qaralar”ın mövsümdəki ilk səfər oyunu sabah Lökbatan OİK stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

 

I Liqa

II tur

19 sentyabr (cümə axşamı)

16:00. “Qaradağ Lökbatan” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Tərlan Talıbzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Lökbatan OİK stadionu