I Liqada mövsümün son turunun təyinatları açıqlanıb.
Mayın 22-23-də baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Qaradağ Lökbatan”la səfər matçının təyinatları da müəyyənləşib.
Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq. Ona Elman Kərimov və Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Niyaz Əhmədov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Qeyd edək ki, mayın 22-də Lökbatan OİK stadionunda keçiriləcək “Qaradağ Lökbatan” – “Qəbələ” matçı saat 17:00-da başlayacaq.