“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 12 Sentyabr 2024 | 14:001415
“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi

I Liqada 2-ci turun oyunlarının vaxtı dəqiqləşib. Matçlar sentyabrın 18-i və 19-u baş tutacaq.

 

Turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Qaradağ Lökbatan”la qarşılaşacaq. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək. Oyun Peşəkar Futbol Liqasının rəsmi saytında canlı yayımlanacaq.

 

Qeyd edək ki, komandamız I Liqada ilk oyununu sabah "Zaqatala"ya qarşı keçirəcək. Qəbələ şəhər mərkəzi stadionunda baş tutacaq matç saat 17:00-da start götürəcək.

 

I Liqa

II tur

19 sentyabr (cümə axşamı)

16:00. “Qaradağ Lökbatan” – “Qəbələ”

Lökbatan OİK stadionu