«Qarşılaşmanı təhlil edəcəyik»
Xəbərlər / 5 May 2017 | 19:20366
«Qarşılaşmanı təhlil edəcəyik»

Azərbaycan kubokunun finalında baş tutan “Qarabağ” – “Qəbələ” matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarabağ”ı kuboku qazanmaları münasibətilə təbrik edirəm. Bu gün hər şey qanunauyğun idi. Rəqib bu matçda güclü idi. Tellur Mütəllimovun zədələnməsi üzündən iki məcburi əvəzetmənin erkən gerçəkləşməsinin həlledici rol oynayıb-oynamadığını dəqiq deyə bilmərik. Bunun üçün hadisə bir daha təkrarlanmalıdır və fərqli addım atmalıyıq. Deyərdim ki, bu mənfi məqam oldu. Belə yerdəyişmələrə əl atmaq istəməzdik. Amma bunu məcburiyyətdən etdik. Belə olmasaydı, nə baş verəcəyini demək mümkün deyil. Futbolçuların fiziki cəhətdən gücünün çatmadığını fikirləşmirəm. Amma bu haqda düşünməyə dəyər. Bu gün həvəs, istək, gözlərinin alışıb-yanması çatışmırdı. Niyə bunun olmadığını deyə bilmərəm. Bütün mövsümü burda təhlil etməyək. Dərindən analizlər aparılıb və yenə qarşılaşmanı təhlil edəcəyik. Meydançanın durumu və hava şəraiti barədə danışmaq olmaz. Çünki hər iki komanda eyni şərtlər altında oynayıb. Həmişə üzləşdiyin vəziyyətdən çıxış yolu tapmalısan. Bu mənada da “Qarabağ” daha üstün idi".