Qazaxıstan və Slovakiya Dünya Kubokunda ilk medalını qazandı
Xəbərlər / 13 Avqust 2015 | 18:35212
Qazaxıstan və Slovakiya Dünya Kubokunda ilk medalını qazandı

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunun 6-cı günündə 2 növdə mükafatçılar müəyyənləşib. Qadınlar üç vəziyyətdən – ayaq üstə, dizi üstə və uzanaraq 50 m məsafədən atəş açmaqda qüvvəsini sınayıb. İlk iki yer Çin idmançılarına nəsib olub. 3-cü pilləni isə Rusiya təmsilçisi ələ keçirib. Kişilərin 10 m məsafədən tapança ilə atəş açmaq yarışlarında Koreya idmançısı qalib gəlib. Qazaxıstan və Slovakiya isə Dünya Kubokunda ilk medalını qazanıb.
Tüfəng, 50 m, üç vəziyyətdən atəş, qadınlar
1. Donqi Çen (Çin)
2. Silinq Yi (Çin)
3. Anna Jukova (Rusiya)
Tapança, 10 m, kişilər
1. Çeonqyonq Kim (Koreya)
2. Vladimir İssaçenko (Qazaxıstan)
3. Juray Tuzinski (Slovakiya)