Topaz Premyer Liqasının V turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin AZAL-la ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bəlli olub. Sentyabrın 19-da keçiriləcək matçın baş hakimi funksiyası İnqilab Məmmədova tapşırılıb. Ona Vüqar Bayramovla Vüsal Qənbərov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Rza Məmmədov olacaq. FİFA referiləri Əliyar Ağayevlə Orxan Məmmədov görüşə əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Ədalət təmsilçilərinin işinə Əhmədağa Cabbarov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Ramiz Abdullayev olacaq.
Xatırladaq ki, sentyabrın 19-da baş tutacaq “Qəbələ” – AZAL matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.
Topaz Premyer Liqası
Topaz Premyer Liqası
V tur, 19 sentyabr (bazar ertəsi)
18:00. “Qəbələ” – AZAL
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu