Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 13-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında AZAL-la qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Fariz Yusifov idarə edəcək. Baş hakimin köməkçiləri Vaqif Musayevlə Azər Əsgərov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Asim Xudiyev qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Vaqif Davudov olacaq.
Xatırladaq ki, dekabrın 13-də baş tutacaq “Qəbələ” - AZAL matçı saat 15:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
13 dekabr (çərşənbə axşamı)
15:00. “Qəbələ” – AZAL
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Azər Əsgərov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu