«Qəbələ» 1/4 finala 7 qolla yüksəldi
Xəbərlər / 3 Dekabr 2015 | 16:18186
«Qəbələ» 1/4 finala 7 qolla yüksəldi

“Qəbələ” – “Mil-Muğan” – 7:0
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
03 dekabr 2015. Saat 17:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Coşqun Həsənov
Dördüncü hakim: Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Qismət Alıyev, 25 (qeyri-idman hərəkəti), 68 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Qismət Alıyev, 68
Qollar: Derlis Meza Kolli, 6; Ruslan Abışov, 16; Fakundo Pereyra, 22; Rikardinyo, 42; Ermin Zets, 44; Vaqif Cavadov, 58; Asif Məmmədov, 83
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.
Bu gün “Qəbələ” Azərbaycan kubokunun 2015/2016 mövsümündə ilk qarşılaşmasını keçirib. “Qırmızı-qaralar” bir oyundan ibarət olan 1/8 final mərhələsində “Mil-Muğan”la qarşılaşıb. I divizionda çıxış edən İmişli təmsilçisi ilə qarşılaşmaya son oyunla müqayisədə fərqli heyətlə çıxıb. Baş məşqçi Roman Qriqorçuk start heyətində 9 dəyişiklik edib. Zədədən sonra heyətə qayıdan Dodo, həmçinin Andrey Popoviç, Vitali Vernidub, Rikardinyo, Ürfan Abbasov, Fakundo Pereyra, Samir Zərgərov, Derlis Meza Kolli, Qismət Alıyev ilk “11-lik”də yer alıb. “Rəvan”la çempionat matçına başlayanlardan Dmitri Bezotosnı, Sergey Zenyov, Aleksey Qay, Aleksey Antonov, Arif Daşdərmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov, Rafael Santos və Vaqif Cavadov bu dəfə ilk dəqiqələrdən meydana çıxmayıb.
“Qəbələ” matça erkən qolla başlayıb. Oyunun ilk saniyələrindən üstünlüyü ələ alan komandamız 5-ci dəqiqədə hesabı açıb. Derlis Meza Kolli “qırmızı-qara” formadakı 7-ci oyununda ilk qoluna imza atıb. Hücumlarına ara verməyən komandamızın 2-ci qolu da özünü gözlətməyib. “Qəbələ”də 5-ci qolunu vuran Ruslan Abışov fərqi artırıb. Ardınca Fakundo qol sevinci yaşayıb. Ardıcıl 2 matçda qol vuran argentinalı da komandamızda 5-ci dəfə fərqlənib. Rəqibdən aşkar üstün olan “Qəbələ”nin növbəti qolları fasilə ərəfəsində qeydə alınıb. Ermin Zetslə Rikardinyo 3 dəqiqəyə 2 qola imza atıblar – 5:0.
Fasilədən sonra Asif Məmmədovla Vaqif Cavadova da şans verən Qriqorçuk o qədər çox oyun praktikası olmayanların də fərqlənməsinə imkan yaradıb. 58-ci dəqiqədə Vaqif “Qəbələ”də qol hesabını açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində isə komandamız azlıqda qalıb. Qismət Alıyev ikinci sarı vərəqə üzündən meydanı tərk edib. Bundan sonra da hücumlarına ara verməyən “Qəbələ” daha bir qol vura bilib. Bu dəfə qonaqların qapısına Asif yol tapıb – 7:0.
Beləliklə, 1/4 finala 7 qolla yüksələn “qırmızı-qaralar” kubokda 20-ci qələbəsini qazanıb. Bu yarışda özünün ən böyükhesablı qələbəsini əldə edən “Qəbələ” tarixinin 2-ci belə nəticəsinə imza atıb. İndiyədək 1 dəfə daha fərqli qələbə əldə edən komandamız 2005-ci ildə I dəstədə çıxış edəndə “Şərur”u 8:0 hesabı ilə məğlub etmişdi.

“Qəbələ”
1. Andrey Popoviç
7. Ermin Zets
10. Dodo (k)
(70. Vaqif Cavadov, 46)
15. Vitali Vernidub
20. Rikardinyo
25. Qismət Alıyev
32. Fakundo Pereyra
(11. Asif Məmmədov, 46)
34. Ürfan Abbasov
66. Samir Zərgərov
87. Ruslan Abışov
(4. Elvin Camalov, 28)
88. Derlis Meza Kolli

Ehtiyat oyunçular:

33. David Pietrzkeviç
6. Rəşad Sadiqov
9. Sergey Zenyov
69. Aleksey Antonov

Baş məşqçi: Roman Qriqorçuk

“Mil-Muğan”
12. Taleh Əsədov
7. Bayram Əliyev
20. Laki Hero
5. Vüsal Bayımov
(2. Tariyel Zeynalov, 32)
23. Anar Hacıyev
17. Elşən İlyasov
22. Gela Feradze
9. Elxan Məmmədov
(19. Xaqani Hüseynzadə, 76)
24. Ramin Rzayev
(21. Ağasən Əsgərov, 46)
8. Ruhid Usubov (k)
10. Səccad Kerman

Ehtiyat oyunçular:

99. Şöhrət Qasımov
3. Novruz Abduləzimli
18. Nəbi Məmmədov

Baş məşqçi: Xaliq Mustafayev