«Qəbələ» 1/4 finalda!
Xəbərlər / 3 Dekabr 2016 | 18:39498
«Qəbələ» 1/4 finalda!

“Qəbələ” – “Zaqatala” – 2:2, pen.4:1
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
3 dekabr 2016. Saat 15:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı  
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov              
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev 
Hakim-inspektor: Vüsal Əliyev 
Sarı vərəqələr: Nika Kvekveskiri, 60 (qeyri-idman hərəkəti); Elvin Camalov, 70 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 71 (qeyri-idman hərəkəti); Rafael Santos, 114 (hakim qərarına etiraz); Ruslan Qurbanov, 120 (hakim qərarına etiraz) // Sərxan Abdullayev, 109 (oyunun bərpasını ləngitdiyinə görə); Amil Ağacanov, 111 (oyunun bərpasını ləngitdiyinə görə) 
Qollar: Vojislav Stankoviç, 14; Rəşad Eyubov, 45+1 (p.) //Sərxan Abdullayev, 33; Oruc Balaşlı,65
Penaltilər seriyası: 4-1 (Filip Ozobiç, 1-0; Oruc Balaşlı, 1-1; Vojislav Stankoviç, 2-1; Vadim Abdullayev, 2-1; Rəşad Eyubov, 3-1; Ruslan Tağızadə, 3-1; Ruslan Qurbanov, 4-1). 
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə - 3 dəq.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin növbəti oyunları baş tutub. “Qəbələ” öz meydanında “Zaqatala” ilə qarşılaşıb. I divizion təmsilçisi ilə görüşlə 12-ci kubok mövsümünə start verən “qırmızı-qaralar” görüşə fərqli heyətlə çıxıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk yetirmələrinin aşkar favorit olduğu matçda əksər aparıcı oyunçulara istirahət verib. Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la matçının iştirakçılarından 7-si bu dəfə “11-lik”dən kənarda qalıb. Bunlar Dmitri Bezotosnı, Elvin Camalov, Rəşad Sadiqov, Asif Məmmədov, Vitali Vernidub, Filip Ozobiç, Rikardinyodur. Əvəzində uzun müddətdir rəsmi matçlarda şans qazanmayan David Pietrzkeviç, böyük fasilədən sonra start heyətində yer alan Cavid Hüseynov, həmçinin Nika Kvekveskiri, Petar Franyiç, Rəşad Eyubov, Rafael Santos, Tellur Mütəllimov qarşılaşmanın startından meydanda olublar. Hüseynov görüşə kapitan kimi başlayıb.
Qarşılaşmaya fəal başlayan “Qəbələ” ilk hissənin əvvəlində təşəbbüsü ələ alıb. Ardıcıl hücumlar hesabın açılması ilə nəticələnib. Vojislav Stankoviç qonaqları məyus edib – 1:0. Bu, serbiyalının “Qəbələ”də 2-ci, Azərbaycan kubokunda ilk qolu olub. Müdafiənin fərqlənməsi klub tarixində də əlamətdar olub. Belə ki, matçda vurulan ilk qol “Qəbələ”nin ölkə kubokundakı 75-ci qolu kimi tarixə düşüb. Lakin “qırmızı-qaralar”ın üstünlüyü uzun sürməyib. Belə ki, müdafiədə oturmaq niyyətində olmadığını nümayiş etdirən I divizion təmsilçisi 32-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Qonaqların heyətində Sərxan Abdullayev fərqlənib. Buna baxmayaraq, “Qəbələ” fasiləyə üstün yollanmağı bacarıb. Buraxılan qoldan sonra ön xəttə daha çox diqqət ayıran komandamız Rəşad Eyubovun qolu ilə hesabda önə keçib – 2:1. İkinci hissədə də üstünlük meydan sahiblərində olsa da, zaqatalalılar da təhlükəli hücumları ilə diqqət çəkib. Bunların birində hesab yenidən bərabərləşib. Oruc Balaşlı tarazlığı bərpa edib. Hər iki komanda hesabı dəyişməyə çalışsa da, 90 dəqiqə elə bu hesabla başa çatıb. Oyunçu dəyişiklikləri də oyunun axarını və hesabı dəyişməyə yetərli olmayıb. 1/8 final mərhələsinin cütləri bir oyunda münasibətlərini aydınlaşdırmalı olduğundan qalibin müəyyənləşməsi üçün əlavə vaxt təyin edilib. Lakin bu 30 dəqiqədə də tamaşaçılar qol görməyib. Nəticədə 1/4 finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Qonaq komandanın iki zərbəni qeyri-dəqiq yerinə yetirməsi “Qəbələ”nin 4:1 hesablı qələbəsinə səbəb olub.
Beləliklə, “Qəbələ” tarixində 9-cu dəfə 1/4 finala yüksəlib. İlk oyunları dekabrın 11-13-də, cavab qarşılaşmaları isə 20-21-də baş tutacaq bu mərhələdə komandamızın rəqibi AZAL olacaq. İlk qarşılaşma Qəbələdə baş tutacaq.

“Qəbələ”
33. David Pietrzkeviç
3. Vojislav Stankoviç
7. Nika Kvekveskiri
(19. Filip Ozobiç, 79)
10. Ruslan Qurbanov
14. Cavid Hüseynov (k)
27. Teo Uiks
30. Petar Franyiç
(15. Vitali Vernidub, 46)
32. Rəşad Eyubov
34. Ürfan Abbasov
44. Rafael Santos
88. Tellur Mütəllimov
(4. Elvin Camalov, 46)

Ehtiyat oyunçular: 
22. Dmitri Bezotosnı
11. Asif Məmmədov
21. Roman Hüseynov
70. Fərid Nəbiyev 

Baş məşqçi: Roman Qriqorçuk

“Zaqatala”
1. Amil Ağacanov
4. Kənan Müslümov
3. Roini İsmayılov
18. Elçin Süleymanov
16. Ruslan Tağızadə
5. Vadim Abdullayev
8. Hacı Əhmədov (k)
2. Sərxan Abdullayev
19. Cavad Kazımov
10. Arzuman Nəsibov
25. Oruc Balaşlı

Ehtiyat oyunçular:
12. Rəşad Əhmədov
17. Rüstəm Məmmədov
14. Elmir Sulxayev
11. Yusif Dilanov
6. Məhəmməd Babazadə
13. Rəhman Şabanov
9. Osman Qurbanov

Baş məşqçi: Şaban Şirdanov