“Turan Tovuz” – “Qəbələ” – 0:2
25 yanvar 2020. Saat 14:00. Tovuz şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Cəmil Quliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Nurlan Şabanov, 41 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 45+1 (qeyri-idman hərəkəti); Vidadi Cəfərov, 75 (hakimin qərarına etiraz)
Qollar: Stefan Vukçeviç, 32; Ceyms Adeniyi, 45+1
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.
“Qəbələ” Azərbaycan kubokunda yeni mövsümə start verib. “Qırmızı-qaralar” 1/8 finalda “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionundakı matçda komandamızın start heyətində dəyişikliklər olub. Baş məşqçi Elmar Baxşıyev ötən oyunla müqayisədə 7 dəyişikliyə ehtiyac duyub. Tərlan Əhmədli, Asif Məmmədov, Yusif Nəbiyev, Murad Musayev, Ehtiram Şahverdiyev, Ceyms Adeniyi, Rövlan Muradov ilk dəqiqələrdən meydana çıxıb. Anar Nəzirov, Ülvi İsgəndərov, Cavid Hüseynov, Nikolas Raysel, Yurgen Qoxa, İdris İnqilablı, Rüfət Əhmədov isə “11-lik”dən kənarda qalıb.
Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” tezliklə təşəbbüsü ələ alıb. Üstün futbol nümayiş etdirən “qırmızı-qaralar” Rövlan Muradov və Ceyms Adeniyi ilə hesabı açmağa yaxın olub. Meydan sahiblərinin ilk real təhlükəsi isə Tərlan Əhmədlinin seyvi və Yusif Nəbiyevin topu uzaqlaşdırması ilə yekunlaşıb. Daha fəal olan Elmar Baxşıyevin yetirmələrinin ardıcıl hücumları yalnız 32-ci dəqiqədə bəhrəsini verib. Künc zərbəsindən sonra Stefan Vukçeviç hesabı açıb. Ardınca fərqi artırmaq imkanı olan “qırmızı-qaralar” əlverişli epizodlardan yararlanmayıb. Tovuz təmsilçisinin azsaylı həmlələrindən birində Tərlan Əhmədli hesabın dəyişməsinə imkan verməyib. Fasilə ərəfəsində ikinci qol qeydə alınıb. Rafael Utriqin qapıya paralel ötürməsindən sonra Ceyms Adeniyi yaxın məsafədən fərqlənib.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Daha çox hücum edən “Qəbələ” rəqib qapısı önündə çoxsaylı qol epizodları yaradıb. Lakin futbolçularımız bu imkanlardan yararlanmaqda çətinlik çəkib. I divizion təmsilçisi isə daha çox əks-hücumlar qurmağa çalışıb. Qarşılaşmanın sonlarında “Turan Tovuz” fəallığı artırsa da, bu, hesabın dəyişməsi üçün yetərli olmayıb. Uzatma dəqiqələrində iki real qol vəziyyəti yaradan komandamız fərqi üç topa çatdırmağı bacarmayıb.
Beləliklə, səfər qələbəsi qazanan “Qəbələ” 1/4 finala yüksəlib. “Qırmızı-qaralar” bu mərhələdə “Qarabağ”la qarşılaşacaq. İlk oyun fevralın 1-2-də, cavab matçı 6-7-də keçiriləcək.
“Turan Tovuz”
77. Mehman Hacıyev
4. Səbayıl Bağırov
10. Akif Tağıyev (k)
8. Aqşin Muxtaroğlu
(20. Elmir Tağıyev, 44)
16. Fuad Bayramov
21. Abbas Ağazadə
15. Vüsal Məsimov
3. İzzət Müştaqov
9. Vidadi Cəfərov
11. Nurlan Şabanov
(2. Firuz Əhmədov, 78)
19. Xəyyam Hüseynov
Ehtiyat oyunçular:
1. Əmrah Zülfiqarlı
18. Elmin Bayramov
22. Elşad Tağıyev
14. Ramin Süleymanov
7. Elçin Qasımov
17. Rəşad Əliyev
Baş məşqçi: İlham Yadullayev
“Qəbələ”
94. Tərlan Əhmədli
11. Asif Məmmədov (k)
(32. Nikolas Raysel, 38)
74. Yusif Nəbiyev
28. Murad Musayev
(4. Sadiq Quliyev, 79)
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
(7. Roman Hüseynov, 65)
77. Merab Qiqauri
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
10. Rövlan Muradov
Ehtiyat oyunçular:
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
14. Cavid Hüseynov
13. Yurgen Qoxa
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev